`Bütün hərbi obyektlər vurulsun` - Nazir əmr verdi
01:07 29 Aprel 2016
“Bütün qoşunlara düşmənə qarşı cavab zərbəsi endirmək əmr edilib”.
Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələri artıq iki gecədir BM-21 yaylım atəşləri sistemindən də yaşayış kəndlərini atəşə tuturlar:
“İri çaplı silahlardan atırlar. Minaatanlardan, o cümlədən D-20 və D-30 haubitsalarından atırlar. Hətta iki gecədir artıq BM-21 yaylım atəşləri sistemindən də atırlar. Əsasən atılan mərmilər yaşayış kəndlərinə düşür. Mülki əhalinin yaşadığı kəndlərə düşür. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Cavab tədbirləri görülür”.(atv.az)
Femida.az
Oxunub: 8490
Oxşar xəbərlər
- `Bütün müvafiq qurumlar bir nöqtəyə vurur` - İlham Əliyev
- `Bütün vətəndaşlarımızla fəxr edirik` - İlham Əliyev
- `Bütün işləri xalqımız üçün görürük` - Prezident
- `Bütün işləri nəzarətdə saxlayıram` - İlham Əliyev
- `Bütün hərbi təhsil müəssisələri bağlanacaq` - Ərdoğan
- `Bütün hədəflərimizə nail olduq` - Bahar Muradova
- `Bütün hədəflər vuruldu` - Müdafiə Nazirliyi
- `Bütün tərəflərin maraqları təmin olunur` - İlham Əliyev